Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ADA Universitetinin “Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > ADA Universitetinin “Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib

ADA Universitetinin “Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib


ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının növbəti sayı nəşr edilib.

Bu barədə ADA Universitetindən məlumat verilib. Bildirilib ki, nəşrdə müxtəlif ölkələri təmsil edən tanınmış mütəxəssis və analitiklərin müəllifi olduğu məqalələr yer alıb. Budəfəki sayda geosiyasi, regional təhlükəsizlik və iqtisadi inkişaf mövzuları da daxil olmaqla aktual məsələlərin müzakirəsinə həsr edilmiş on dörd məqalə yayımlanıb.

Nəşrin ilk bölməsində İkinci Qarabağ müharibəsi ilə bağlı təhlilləri özündə cəmləşdirən yeddi məqalə əksini tapıb.

Bu bölmədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzanın və Vaşinqtonda yerləşən Xəzər Siyasi Mərkəzinin məsləhət şurasının üzvü və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanun müəllifi olduqları məqalələr mövcuddur.

Oxucular “İndiki şəraiti qiymətləndirmə, gələcəyi proqnozlaşdırma” bölməsində Ceymstaun Fondunun baş tədqiqatçısı Enders Vimbuşun məqaləsini oxuya bilərlər. Bölmədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin və “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bistritskinin müvafiq olaraq, pandemiya fonunda iqtisadiyyatın bərpası və müasir kommunikasiyanın tənzimlənməsi mövzuları ilə bağlı təhlilləri yer alıb.

Nəşrin üçüncü "Rusiya və Çin arasında: İpək Yolu bölgəsindəki perspektivlər" bölməsində ABŞ, Qırğızıstan, Rusiya və Çini təmsil edən analitiklərin yazdıqları dörd məqalə təqdim edilib.

Jurnalın sonuncu tematik bölmələrində isə “Ankaliya” İnkişaf Konsorsiumunun Beynəlxalq əlaqələr üzrə sədr müavini Tedo Caparidzenin Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadze ilə bağlı xatirələri, eləcə də Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun müsahibəsi paylaşılıb.

Nəşrin İpək Yolu bölgəsi üzrə vacib bilikləri artırmaq üçün vacib mənbə olacağına əminik. Keçid vasitəsilə yeni sayı oxuya bilərsiniz: https://bakudialogues.ada.edu.az/

Geri dön