Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Salyanda yaşayış yerini qanunsuz tərk edən COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Salyanda yaşayış yerini qanunsuz tərk edən COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanıb

Salyanda yaşayış yerini qanunsuz tərk edən COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanıb


Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayonun Bəydilli kəndində yaşayan, ev şəraitində müalicə alan koronavirus xəstəsi Ələkbər Əkbərovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, COVID-19 virusunun aktiv daşıyıcısı olan bu şəxs karantin qaydalarını pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsilə ona yaşayış evini tərk etməmək barədə xəbərdarlıq olunmasına baxmayaraq bu göstərişlərə əməl etməyib. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Ələkbər Əkbərov Bəydilli kəndinin inzibati ərazisində ictimai yerdə olması polislər tərəfindən müəyyən edilib. Polislər təcili tibbi yardım avtomobili vasitəsi ilə həmin şəxsi yaşadığı evə qaytarıblar.

Onun barəsində Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək mənzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.

Geri dön