Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Türkiyəyə təzyiq, Azərbaycana təzyiq deməkdir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Türkiyəyə təzyiq, Azərbaycana təzyiq deməkdir”

“Türkiyəyə təzyiq, Azərbaycana təzyiq deməkdir”


Fərəc Quliyev: “Nə olursa-olsun, Türkiyənin yanında olmalıyıq”

ABŞ-ım S-400 raketləri səbəbi ilə Türkiyəyə sanksiya tətbiq etməsi artıq bir sıra ölkələrin sərt etirazına səbəb olub. Azərbaycan da ilk andan etibarən bu sanksiyaya etiraz edərək qardaş Türkiyənin yanında olduğunu bəyan edib.

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev bu məsələdə Türkiyəyə dəstək verməyin vacib olduğunu vurğulayıb:

“Unutmaq olmaz ki, Azərbaycana hər hansı basqı olursa, düşmənlərimiz həm də bununla Türkiyəyə təzyiq göstərməyə çalışır. Türkiyəyə hansısa təzyiq olursa, bu, həm də Azərbaycana təzyiq mahiyyəti daşıyır. Türkiyənin İraqda, Suriyada, Aralıq dənizində, Qafqazlarda ciddi uğurlar əldə etməsi, kimlərinsə xoşuna gəlmir. Buna görə də Türkiyəyə qarşı müxtəlif ittifaqlar formalaşdırmağa çalışırlar. Məsələn, Aralıq dənizində beş dövlət birləşib Türkiyəyə qarşı ittifaq yaradır. Ermənistanda müxalifət nümayəndəsi bəyan edir ki, biz hakimiyyətə gələcəyimiz təqdirdə, Türkiyəyə qarşı ittifaq yaradacağıq.

Düşmənlərimiz ortaqdır və birgə davranırlar. Bu, bizim də siyasi müstəvidə birgə davranışışmızı zəruri edir. Türkliyə və Azərbaycan arasında mənəvi bağlar da çox güclüdür. Türkiyə bütün çətin dönəmlərdə Azərbaycanın yanında olub.
Bu yaxınlarda bildirmişdim ki, Türkiyəyə dəstək əlaməti olaraq simvolik də olsa, gəmilərimizin Aralıq dənizində yerləşdirilməsi arzuedilən olar. Baxmayarq ki, Türkiyənin buna ehtiyacı yoxdur. Türkiyə böyük dövlətdir və güclü donanmaya sahibdir. Bilmək lazımdır ki, əgər Türkiyə zəifləyərsə, türk dünyası və Azərbaycan da zəifləyər. Buna görə də biz həm siyasi maraqlarılmız, həm də mənəvi yaxınlığımız baxımından Türkiyənin yanında olmalıyıq. Əgər biz bu gün çağırış etsək, yüz minlərlə insan Türkiyədən bu çağırışa cavab verər, bizim uğrumuzda döyüşə gedər. Türkiyənin Müdafiə Nazirliyi Vətən Müharibəsi zamanı bəyan etmişdi ki, əgər kimsə kənardan bu müharibəyə müdaxilə edərsə, o zaman Türkiyə də proseslərə müdaxilə edəcək. Biz də Türkiyəyə tarixən dəstək vermişik. Çanaqqalada Azərbaycan, Azərbaycanda isə çoxlu türk əsgəri şəhid olub. Nə olursa-olsun, Türkiyənin yanında olmalıyıq.

Bunu da qeyd edim ki, Türkiyəyə tətbiq edilən bu sanksiyalar həm də ədalətsiz olması ilə diqqət çəkir. Türkiyə NATO-nun üzvüdür. Digər ölkələrədn fərqli olaraq, Türkiyəyə Patriot raketlərini, F-35-ləri vermədilər.

Türkiyənin S-400 raketləri alması onun haqqıdır. Türkiyə kimdən nə istəyirsə ala bilər və buna görə kimsəyə hesabat verməyə borclu deyil. Türkiyə bütün məsələlərdə haqlıdır və biz də haqlı mübarizəsində Türkiyənin yanında olmalıyıq”.

Seymur ƏLİYEV

Geri dön