Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Xocalı sakini: oğlum Vətəni canından çox sevirdi, bu yolda da şəhid oldu
Xocalı sakini: oğlum Vətəni canından çox sevirdi, bu yolda da şəhid oldu |
Xalqımız Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Şanlı qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Xocalı rayonundan məcburi köçkün Əlizamin Ramazanlıdır.
Əlizamin Ramazanlının ailəsi Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün kimi Bərdə rayonunun Şirvanlı kəndində məskunlaşıb. Əlizamin ata-baba yurdu Kosalarda doğulmasa da, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. Ona görə də hərbi xidmətini başa vurduqdan sonra hərbçi kimi Vətənə xidmət etməyə qərar ve Bölgə müxbiri şəhid Əlizamin Ramazanlının evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olub. Şəhidin atası Umud Ramazanov deyir ki, Əlizamin Vətənə bağlı insan idi. Vətən sevgisi ilə yaşayırdı. “Hərbi xidməti başa vurduqdan sonra gizir kimi Vətənimizə xidmət etməyə başladı. Ən böyük istəyi işğal altında olan torpaqlarımızı azad etmək idi. Bu istək də onu Vətən müharibəsinə apardı. Ağdərə, Kəlbəcər, Füzuli, Hadrut istiqamətində döyüşlərdə iştirak etdi. Canından çox sevdiyi Vətən uğrunda da şəhid oldu”. Anası Adilə Ramazanova deyir ki, Vətən kəlməsi Əlizaminin dilindən düşmürdü. “Həmişə görmədiyi torpağının arzusunda idi. Əsgərlikdə olanda deyirdi ki, gələndən sonra da torpaqlarımızı qoruyacaq. Elə də etdi. Vətən müharibəsinin iştirakçısı oldu. Telefonda deyirdi ki, narahat olmayaq. Hər şey yaxşı olacaq. Sonuncu dəfə danışanda dedi ki, əgər şəhid olsa, nə qədər çətin olsa belə “Vətən sağ olsun” deyim. Əlizaminin axırıncı sözləri bu oldu. Bütün şəhidlərin anasıyam. Onların canı, qanı bahasına torpaqlarımız azad edildi”. Əlizamin orta məktəbdə nizam-intizamlı, fəal şagird kimi tanınırdı. Müəllimi Qabil Dadaşov onun məktəbin tədbirlərində, ictimai işlərdə fəal iştirak etdiyini bildirir: “Məktəbdə keçirilən yarışlarda fərqlənirdi. Dəfələrlə fəxri fərmanlara layiq görülüb. Qoçaq və mərd oğlan idi. Mən Əlizaminin valideynlərinə üzümü tutub deyirəm ki, belə övlad böyütdükləri üçün başlarını uca tutsunlar”. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Əlizamin Ramazanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Geri dön |