Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Xamneyinin “Sepah”dakı nümayəndəsi: “Fəaliyyətini rəhbərlə koordinasiya edən bir prezidentə ehtiyac var"
Xamneyinin “Sepah”dakı nümayəndəsi: “Fəaliyyətini rəhbərlə koordinasiya edən bir prezidentə ehtiyac var" |
İranın dini lideri ayətullah Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi Əli Səidi qurumun üzvləri ilə görüşündə 2013-cü ilin iyununda keçiriləcək prezident seçkisindən danışıb. “Media forum” saytının məlumatına görə, Əli Səidi deyib ki, ölkənin növbəti prezidenti hər baxımdan Xamneyiyə uyğun olmalıdır: “Fəaliyyətini rəhbərlə koordinasiya edən, güclü idarəçilik qabiliyyətinə malik və dəyərlərə sadiq bir prezidentə ehtiyac var”.
Əli Səidi jurnalistlərə açıqlamasında vaxtilə prezident seçilməsi üçün Mahmud Əhmədinejada verdikləri dəstəyə görə peşman olduqlarını bildirmişdi: “Mən bundan əvvəl Əhmədinejada dəstək verdiyimi inkar etmirəm. Lakin mən də, “Sepah” da hardan biləydik ki, Əhmədinejadın zehnindən nələr keçir və gələcəkdə hansı işlərlə məşğul olacaq. Əhmədinejadın problemini onun üzünə demişəm. Mən ona dedim ki, sən bir qəhrəman ola bilərdin. Lakin təəssüflər olsun ki, belə olmadı. Ona dedim ki, bundan pis nə ola bilər: səni dəstəkləyən tərəfdarlarınızın hamısını artıq müxalifə çeviribsiniz. Əhmədinejad nə qədər ki, mövcud sistemin çərçivəsi və qəlibi daxilində hərəkət edirdi, biz onu dəstəkləyirdik. Lakin bu gün onun müxtəlif məsələlərlə bağlı fərqli görüşü, rəftar və yanaşma tərzi göz qabağındadır. Mən bilmirəm Amerika ilə əlaqə qurmaq zəhrimarı nə olan şeydir ki, bu cənablar çalışırlar üzdəniraq iftixar medalını yaxalarına taxsınlar. Mən həqiqətən bilmirəm ki, Əhmədinejadın Amerika ilə münasibətləri bərpa etmək məsələsini ortaya atmaqda niyyəti nədir və onun zehnindən nələr keçir”. Geri dön |