Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaşayış̧ yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyənləşdirilərək saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yaşayış̧ yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyənləşdirilərək saxlanılıb

Yaşayış̧ yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyənləşdirilərək saxlanılıb


COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 15-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları respublika ərazisində ictimai yerlərdə yaşayış̧ yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsini müəyyənləşdirərək saxlayıblar və onları tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barədə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Geri dön