Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Avstriyada koronavirusa qarşı vaksinasiya prosesi bu il başlaya bilər
Avstriyada koronavirusa qarşı vaksinasiya prosesi bu il başlaya bilər |
Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyasına bu il start verilə bilər. Bunun üçün “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları peyvənddən istifadəyə Avropa İttifaqı tərəfindən icazə prosesinin yekunlaşması lazımdır
icazə verilən kimi Avstriyada vaksinasiya kampaniyasının ilk mərhələsi start götürəcək və istehsalçı şirkətlərlə bağlanmış müqaviləyə əsasən, 10 min dozadan ibarət ilk tranş bu ilin sonunadək ölkəyə gətirilə bilər. Avstriya Federal Səhiyyə Nazirliyinin COVID-19 üzrə xüsusi nümayəndəsi Klemens Martin Auer icazə alınandan sonra dekabrın 28-dək Avstriyada koronavirusa qarşı ilk peyvəndin insanlara vurulmasını mümkün hesab edib. Vaksinasiya kampaniyasının ilk mərhələsi ahıllar evləri və tibbi heyət üçün nəzərdə tutulur, yanvar ayında isə Avstriyaya daha 240 min doza gətiriləcək. 2021-ci ilin ilk rübü ərzində “Pfizer” və “BioNTech”in birgə istehsalı olan peyvəndin ümumilikdə 900 min dozası Avstriya qurumlarının sərəncamına verilməlidir. Qeyd edilməlidir ki, Avropa Dərman Agentliyi (EMA) “Pfizer” və “BioNTech”in birgə istehsalı olan peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə rəyini dekabrın 21-də, Avropa Komissiyası isə dekabrın 23-dək yekun qərarını elan edəcək. Geri dön |