Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycan KİV – nə müraciət
Azərbaycan KİV – nə müraciət |
Son zamanlar Azərbaycan cəmiyyətində zorakılıq hallarının sayı xeyli artıb. Heç şübhəsiz ki, zoraklığın sonu cinayət olduğundan, zoraklıqdan yaranan cinayət faktları da durmadan artır.
Bu məsələdə ən üzücü məqam, Azərbaycan mediasının tutduğu mövqedir. Çap və elekron media orqanlarımız oxunaqlı olmaq üçün əllərinə keçən bu tipli faktları saf-çürük etmədən, mahiyyətinə varmadan dərhal "bəzəkli” başlıqlar altında yayımlayırlar. Heç birimizə sirr deyil ki, Azərbaycanın ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm ailənin əsasını təşkil edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ailə cəmiyyət üçün ən böyük dəyərdir. Cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkündür. Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi və maddi münasibətlər, hətta siyasi münasibətlər, ideoloji mübarizələr məhz ailədə ilkin rüşeym halında yaranır. Ailə münasibətləri haqqında danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır. Amma son zamanlar bir sıra media orqanlarında insest münasibətlər aid yazılar belə kriminal xəbər adı ilə təqdim edilir. Təbii ki, həyatda baş verənlər mediada əks olunmalıdır. Amma, kriminal xəbərlərin sensasiya doğuracaq formada verilməsi doğru deyil. Bəzən təkrar-təkrar xüsusi anonslar verərək, sanki müsbət bir hal kimi təqdim olunur. Bu isə cəmiyyətdə zorakılığın adiləşməsinə və çoxalmasına səbəb olub. Biz aşağıda adları qeyd olunan ictimaiyyət nümayəndələri və ziyalılar, Azərbaycanda fəaliyyət göstərən bütün media orqanlarına müraciət edərək, bildirik ki, belə xəbərləri işıqlandırarkən lütfən daha diqqətli olsunlar. Onsuz da insanlarımızın pisxoloji baxımdan həssas olduğu zamanda yaşayırıq. Oktay Hacımusalı – yazıçı – publisist Oral Mədənçi – jurnalist Taryel Faziloğlu – Milli Düşüncə İnstitutu İctimia Birliyinin sədri Anar Xəlilov - Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Elçin Mirzəbəyli – "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Rüfət Əhmədzadə - yazıçı – jurnalist Azər Həsrət – "Yeddi millət, bir dövlət” konseyinin başkanı Kebuter Haqverdi – jurnalist Rövşanə Əliyeva – jurnalist Həsrət Rüstəmov – ADP sədrinin müavini Sultan Mərzili – yazıçı – publisist Fariz Xəlilli - 'Miras'' Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri Aydın Xan (Əbilov), YYSQ sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq Seymur Həsənli – Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Aqil Camal – "Türküstan” qəzetinin baş redaktoru Elman Cəfərli – "Olaylar” qəzetinin redaktoru Əkbər Qoşalı – DGTYB başqanı, şair – publisist Razi Abbasbəyli – Gündeminfo.az saytının rəhbəri Namiq Hacıheydərli – şair – publisist, AYB Muğan bölməsinin rəhbəri Rumiyye Miraslan – jurnalist Aygün Həsənoğlu – yazıçı – dramaturq Sənan Nəcəfov – qhtxeber.com saytının rəhbəri Qurban Yaquboğlu – "Gündəlik Teleqraf” qəzetinin redaktoru Elnur Kəlbizadə - AYB Naxçıvan filialının gənclər sektorunun müdiri, şair Vəli Əkbər- tele-jurnalist Elnur Eltürk – müstəqil jurnalist Toğrul İsmayıl - Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Zaur Qəriboğlu – "Karabakhinfo” saytının şef – redaktoru, şair Gülcahan Məmmədova - "Sağlamlıq və sən" jurnalının redaktoru Zaur Əliyev – tarixçi – araşdırmaçı yazar Mehriban Zeynalova - "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Aynur İmranova – Ümid Partiyasının sədr müavini Zaur Əhməd - Müstəqi İnformasiya Agentliyinin redaktoru Razi Nurullayev - "Region" Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədri Ayşə Kərimova – telejurnalist Nəzirməmməd Quliyev - SAMF-ın eksperti Rəsul Mirhəşimli - Media və Mülki Cəmiyyət İctimai Birliyi sədrinin birinci müavini Günel Əbilova - "Qafqazinfo.az" internet qəzetinin əməkdaşı Nailə İsmayılova - "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB – nin sədri Zahir Əzəmət – "ANN.Az” xəbər portalının rəhbəri Elməddin Behbud – Demokratik Azərbaycan Naminə İB – nin sədri Həqiqət Binnətova – yazıçı – publisist Dəyanət Osmanlı – şair – publisist, Azərbaycanda Atatürk Mərkəzinin redaktoru Ərəstun Baxşəliyev – politoloq, elmi işçi Aqil Adjalov – "Sayokan”n vitse prezidenti Mehriban Abdullayeva - "Demokratik Cəmiyyət və Qadın hüquqlarının müdafiəsi” IB – sədri Mahirə Əmirhüseynova – XXI əsr qadınları İB – nin sədri Əziz Əlibəyli – müstəqil politoloq Şəbnəm Karslı – yazar Samir Əsədli - VHP siyasi şurasının üzvü Geri dön |