Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadılıb
Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadılıb |
Avropanın ən qabaqcıl dəniz dövlətlərini geridə qoyan ölkəmiz dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası ilə bağlı mühüm addımlar atır. Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 2021–ci il martın 31-dək uzadıb.
Agentlikdən bildirilib ki, səbəb dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyasıdır. Bununla bağlı, Dövlət Dəniz Agentliyi tərəfindən aidiyyəti işlər görülüb və Beynəlxalq Dəniz Təşkilatına, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə, digər aidiyyəti şəxslərə bildiriş göndərilib. Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb. Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq, onların etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədinin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla martın 31-dək uzadır. Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir: - gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub, - mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş. Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədinin”, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 2020–ci il iyulun 1-dək, oktyabrın 1-dək, daha sonra isə dekabrın 31-dək uzadılmışdı. Geri dön |