Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Paşinyandan gözlənilməz addım: Düşmənin növbəti hiyləsi?
Paşinyandan gözlənilməz addım: Düşmənin növbəti hiyləsi? |
“Paşinyanın istefasını istəyən qüvvələr, xüsusilə də siyasi liderlər ortaya Ermənistanın gələcəyi ilə bağlı hər hansı bir plan qoymurlar. Müxalifətin əksər hissəsinin dəstəklədiyi Vazgen Manukyanın özünün də belə planı yoxdur”.
Bu sözləri Redaktor.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Ermənistandakı vəziyyəti şərh edərkən deyib. O bildirib ki, İrəvanda ideyaların deyil, fiqurların yarşı gedir: “Hazırda Ermənistan cəmiyyətində insanlar daha çox hansı fiqurun hakimiyyət başına gəlib-gəlməyəcəyini müzakirə edir. Ermənistanı indiki vəziyyətdən çıxara biləcək zehniyyət iş başına gəlməlidir. Amma hazırki Baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalması bizə sərf edir. Çünki adamın bəlli yolu var. O, Rusiyadan uzaqlaşıb, Avropaya meyllənməkdə maraqlıdır. Həmçinin, postsovet məkanı ilə, o cümlədən Azərbaycanla əlaqələr qurmağa çalışır.. N.Paşinyan bilir ki, dağıdılmış ordu ilə yenidən müharibəyə başlamaq ölkəsinə yaxşı nəsəs vəd etmir. Bu səbəbdən də Azərbaycan və Türkiyə ilə əməkdaşlığı daha məqbul sayır. Bu mövqeyinə görə ciddi təzyiq altındadır. Buna baxmayaraq, kursu yürütməkdə maraqlıdır. N.Paşinyan cəmiyyətdə sakitlik yaranandan sonra Qarabağ problemindən canını qurtarıb, Ermənistanı Rusiyasız inkişaf etdirmək istəyəcək. Bütün bunlarla bərabər, onun bir ehtiyat variantı da var. Belə ki, Rusiya ilə münasibətləri daha da yaxşılaşacağı halda istənilən təxribata əl ata bilərlər. Bütövlükdə biz ayıq-sayıq olmalıyıq. Rusiya sülhməramlılarının SSRİ dönəmindən qalan xəritəyə istinad etməsi, Ermənistanın Qarabağda yenidən terrora əl atması vəziyyətin başqa məcraya yönəlməsinə də gətirib çıxara bilər”. Mahir Xəttab \ Redaktor.az Geri dön |