Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kolumbiya COVID-19 əleyhinə 40 milyon vaksinin alındığını açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Kolumbiya COVID-19 əleyhinə 40 milyon vaksinin alındığını açıqlayıb

Kolumbiya COVID-19 əleyhinə 40 milyon vaksinin alındığını açıqlayıb


Kolumbiya hökuməti 2021-ci ildə əhalinin immunizasiyasının başlanması üçün ümumilikdə 20 milyon doza COVID-19 əleyhinə vaksinin alınması barədə “Pfizer” və “AstraZeneca” əczaçılıq şirkətləri ilə müqavilə imzalayıb.

Daha 20 milyon dozanın COVAX beynəlxalq mexanizmi çərçivəsində əldə edilməsi planlaşdırılır.

Kolumbiya Prezidenti İvan Duke, vaksinlərin gələn ilin əvvəlində gələcəyini, kütləvi vaksinasiyanın isə fevral ayında başlayacağını bildirib.

Kolumbiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, 50 milyona yaxın əhalisi olan ölkədə koronavirusdan 40 475 nəfər vəfat edib, yoluxanların sayı 1 507 222 nəfər təşkil edib.

Geri dön