Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Stokholm İncəsənət Universitetinin müəllimi Bakı Musiqi Akademiyasının tələbələri üçün mühazirə keçib
Stokholm İncəsənət Universitetinin müəllimi Bakı Musiqi Akademiyasının tələbələri üçün mühazirə keçib |
İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin BMA-nın Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər - 1" ("New directions in composition - 1") mövzusunda mühazirə keçirilib.
Əvvəlcə BMA-nın prorektoru, professor Yeganə Axundova Bakı Musiqi Akademiyasında 2020-ci ilin aprel-may aylarında baş tutmalı olan mühazirələrin COVID-19 pandemiyası səbəbindən online olaraq təşkil edilməsi haqqında məlumat verib və bütün iştirakçılara uğurlar arzulayib. Mühazirə online olaraq “MS Teams” platforması üzərindən təşkil edilib. Mühazirə A. Flodin, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, Bəstəkarlıq kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və digər iştirakçılar arasında maraqlı diskussiya ilə davam edib. Vebinar BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib. Növbəti aylarda BMA tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər-2" ("New directions in composition-2") və “Sonologiya” (“Sonology”) mövzularında daha 2 mühazirənin keçirilməsi nəzərdə tutulub. Geri dön |