Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDB-yə üzv dövlətlərin səhiyyə sahəsindəki əməkdaşlığı videokonfrans formatında müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > MDB-yə üzv dövlətlərin səhiyyə sahəsindəki əməkdaşlığı videokonfrans formatında müzakirə edilib

MDB-yə üzv dövlətlərin səhiyyə sahəsindəki əməkdaşlığı videokonfrans formatında müzakirə edilib


Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin İctimai Sağlamlıq və Səhiyyənin İnformasiyalaşdırılması institutlarının dövlətlərarası şəbəkəsinin iclası olub.

MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, iclas Rusiya Səhiyyə Nazirliyinin səhiyyə işinin təşkili və informasiyalaşdırılması üzrə Mərkəzi Elmi-tədqiqat İnstitutunun dəstəyi ilə keçirilib.

Tədbir iştirakçıları 2020-ci ilə dair institutlar şəbəkəsinin fəaliyyətinə yekun vuraraq, növbəti il üçün əsas tədbirlər planının layihəyə daxil edilməsi ilə bağlı MDB-yə üzv dövlətlərin təkliflərini müzakirə ediblər.

Gələn il yoluxucu olmayan xəstəliklərin, habelə HİV infeksiyası, vərəm və yeni koronavirus infeksiyasının qarşısının alınması və onun nəzarətinə xüsusi diqqət yetirilməsi planlaşdırılır. Həmçinin 2020-2021-ci illər üçün “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı” üzrə strategiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər planının icrasının yekunlarını təhlil etmək nəzərdə tutulur.

Bundan əlavə, 11-ci düzəlişin (ICD-11), xəstəliklərin və sağlamlıq problemlərinin beynəlxalq təsnifatının rus dilinə tərcüməsi planlaşdırılır. Bu, MDB iştirakçısı olan dövlətlərdə sözügedən təsnifatın tətbiqini sürətləndirməyə imkan verəcək.

Tədbir iştirakçıları MDB-nin səhiyyə sahəsində əməkdaşlıq Şurasının qərar və tapşırıqlarının yerinə yetirilməsinin gedişini də müzakirə ediblər.

Geri dön