Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Yeni konfiqurasiyalı siyasətin nəticəsi
Yeni konfiqurasiyalı siyasətin nəticəsi |
Partiya liderləri hesab edirlər ki, qərargahla təmin edilmələri, cəmiyyətdə siyasi mədəniyyəti yüksəldəcək
Bu günlərdə ölkədəki bir sıra siyasi partiyalara yeni qərargahlar verilib. Məlumata görə, ölkə başçısının tapşırığına əsasən, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi mütəmadi olaraq siyasi partiyalarla müzakirələr aparır. Bu müzakirələr zamanı siyasi partiyaların qaldırdığı məsələlərdən biri də məhz qərargah problemi idi. Hazırda 14 siyasi partiya yeni qərargahla təmin edilib və gələcəkdə siyasi dialoqun davam etdiriləcəyi heç şübhəsizdir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Prezident Administrasiyasında yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi son bir il ərzində çox enerjili çalışdı: "Bu zaman ərzində partiyalarla görüşlər, dialoqlar oldu, alınan təkliflər diqqətlə müzakirə olundu. Mən bir neçə dəfə təkliflər vermişdim, daha sonra detallar istənildi. Bu o deməkdir ki, məsələyə biganə qalmırdılar. Bunun çox böyük əhəmiyyəti Vətən Müharibəsi dövründə oldu. Belə ki, bütövlükdə 50 partiya az qala məşvərət şurası kimi davrandı. Bir çox məsələlərlə bağlı beynəlxalq təşkilatlara, ölkələrə müraciətlər olundu. Bu, onu göstərdi ki, artıq o kult götürülüb ki, ölkədə normal uzlaşma olsun və münasibətlər masa arxasında aydınlaşdırılsın. Bu sivil yanaşma, həm də siyasi islahat idi. Parlamentdə də müxalifət partiyalarının iştirakını xüsusi qiymətləndirmək lazımdır. Çünki komitə sədrlərinin müavini və vitse-spiker səviyyəsində təyinatlar oldu. İndi partiyalara qərargahların verilməsi də bu xəttin davamıdır. Hesab edirəm ki, normal fəaliyyət göstərmək, fikir müxtəlifliyinin ortaq məcmuəyə gətirilməsi və bütün fəal elektoratın iştirakçılığını təmin eləmək baxımından bu, çox faydalıdır”. F.Quliyev qeyd etdi ki, bundan sonra rayon şöbələrinin yerlə təmin olunması məsələsi durur və bununla bağlı müraciət olunacaq: "Düşünürəm ki, atılan addım həm tolerantlıqdır, həm siyasi mədəniyyətdir, siyasi islahatdır. Həm də Azərbaycanda gələcəkdə partiyaların normal şəkildə təşkilatlanmasına və onların milli dövlətçilik müstəvisində toparlanmasına gətirib çıxaracaq. Əslində qərargahla təmin olunmağımız texniki imkanlarımızı artırdı. Bir daha təşəkkür edirəm ki, belə bir şərait yaradıldı. Təbii ki, belə hallar ancaq müsbət qiymətləndirilə bilər”. baxmağı seçirik. İradə olduqdan sonra qalan məsələlər də aradan qaldırılacaq, bu prosesi bitmiş hesab etmək olmaz”. BƏXTİYAR/kaspi.az Geri dön |