Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveçrədə koronavirusun CAR mənşəli mutasiyasına yoluxma halı aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İsveçrədə koronavirusun CAR mənşəli mutasiyasına yoluxma halı aşkarlanıb

İsveçrədə koronavirusun CAR mənşəli mutasiyasına yoluxma halı aşkarlanıb


Koronavirusun mutasiyaya uğramış yeni variantına görə bir çox ölkələr Böyük Britaniya və Cənubi Afrika Respublikası (CAR) ilə hava nəqliyyatını dayandırsalar da, İsveçrədə bu tədbirlər faydasız olub.

Dekabrın 27-də İsveçrədə ilk dəfə CAR mənşəli yeni variantın aşkar edildiyi iki yoluxma halı müəyyən edilib. İsveçrə Federal Səhiyyə İdarəsinin məlumatına görə, yoluxmuş şəxslərdən biri Şvis kantonunda, digəri isə artıq Fransa ərazisindədir. Hər iki yoluxma halı Sürix Texniki Ali Məktəbinin həyata keçirdiyi tədqiqat layihəsi nəticəsində müəyyən edilib. Belə ki, ali tədris ocağının mütəxəssisləri təsadüfi seçilmiş 500 test nəticəsini təkrar yoxlayıblar və Cənubi Afrika mutasiyasını aşkarlayıblar. Test nümunələri arasında virusun Böyük Britaniya variantına rast gəlinməyib.

Federal Səhiyyə İdarəsi yaydığı məlumatda bir daha xəbərdarlıq edib ki, dekabrın 14-dən sonra Böyük Britaniya və CAR-dan İsveçrəyə səfər edən şəxslər iki həftəlik özünütəcrid qaydalarına əməl etməlidirlər. Lakin müəyyən edilib ki, Vallis kantonunun Verbier qış idmanı mərkəzində yüzlərlə britaniyalı turist bu qaydanı pozaraq, qaldıqları otelləri tərk ediblər. Yüzlərlə ingilis turist otellərini tərk edərkən haraya yola düşmələri barədə məlumat verməyiblər.

Qeyd edilməlidir ki, indiyədək İsveçrədə üç şəxsdə Böyük Britaniyada aşkarlanan koronavirus variantı müəyyən edilib.

Geri dön