Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Gürcüstanda azərbaycanlıların kənd məktəbində ermənilər də təhsil alır
Gürcüstanda azərbaycanlıların kənd məktəbində ermənilər də təhsil alır |
Gürcüstan-Ermənistan sərhədinin 2-3 km-də yerləşən, azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Tsopi kənd natamam orta məktəbində həm erməni, həm də azərbaycanlı şagirdlər təhsil alır.
Məktəbin direktoru Həsən Əzizov bildirib ki, məktəb tamamilə yararsız vəziyyətə düşüb. “Bu barədə dəfələrlə Gürcüstan Təhsil Nazirliyinə müraciət etmişik, lakin hələlik bizə qayğı göstərən yoxdur. Məktəbimizdə 61 şagird təhsil alır. 30 nəfərədək müəllim var, onlardan 9-u erməni müəllimlərdir. Məktəbimizdə 1 erməni sektoru fəaliyyət göstərir və 9 erməni şagirdinə 9 erməni müəllim dərs deyir. Hətta azərbaycanlı müəllimlər də erməni şagirdlərə dərs deyirlər. 51 şagird isə azərbaycanlıdır. Kəndimizin qarşısında Ermənistan sərhədi yerləşir. Bizi erməni kəndləri əhatə edir. Məktəbimizə qayğı yox dərəcəsindədir. Ermənistan hər il bayramlarda erməni şagirdlərinə yardım edir. Kəndimiz sərhəd ərazisində yerləşdiyinə görə müəllim işləməyə heç kim gəlmək istəmir. Təqaüdə çıxan müəllimlərimiz daha çoxdur. Tsopi kəndinin əhalisinin 80%-i azərbaycanlıdır. Biz ARDNŞ-in Gürcüstan nümayəndəliyinə müraciət etmişik və cavab gözləyirik. Düşünürük ki, sərhəd məntəqəsində bir Azərbaycan məktəbin bağlanması həmin kənddən azərbaycanlıların köçməsi deməkdir” . Qeyd edək ki, Tsopi məktəbi 1932-ci ildə Nəriman Nərimanovun adını daşıyıb. Məktəbin təməli 1928-ci ildə qoyulub. Əvvəllər məktəbdə üç sektor - rus, Azərbaycan və erməni bölmələri fəaliyyət göstərib. Geri dön |