Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada son sutka ərzində koronavirusdan 969 ölüm faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Fransada son sutka ərzində koronavirusdan 969 ölüm faktı qeydə alınıb

Fransada son sutka ərzində koronavirusdan 969 ölüm faktı qeydə alınıb


Fransada son sutkada ərzində koronavirusa 11 min 395 nəfər yoluxub. Bunun da 384-ü xəstəxanalarda, 585-i qocalar evlərində olmaqla 969 ölüm faktı qeydə alınıb

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 574 min 41-ə, ölənlərin sayı 64 min 78-ə çatıb.

Xəstəxanalarda 24 min 776 xəstə müalicə alır. Reanimasiya şöbələrində 2 min 675 ağır koronavirus xəstəsi var.

Fransa Səhiyyə naziri Olivye Veran Böyük-Şərq (Grand-Est), Burqony-Franş-Komte (Bourgogne-Franche-Compte), Overny-Ron-Alp (Auvergne-Rhone-Alpes), Provans-Alp-Kot-d’Azür (Provence-Alpes-Cote-d’Azur) regionlarında və Alp-Maritim (Alpes-Maritimes) departamentində koronavirusun yayılma sürətinin səhiyyə rəhbərliyində narahatlıq doğurduğunu bəyan edib.

Səhiyyə Nazirliyi pandemiyaya görə tətbiq edilən komendant saatının axşam saat 18:00-dən başalayacağını bildirib.

COVID-19 pandemiyasına qarşı yeni tədbirlərin yanvarın 2-dən tətbiq olunacağı qeyd edilib.

Geri dön