Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı yazıçının işi Tehran İnqilab Məhkəməsinə göndərilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı yazıçının işi Tehran İnqilab Məhkəməsinə göndərilib

Azərbaycanlı yazıçının işi Tehran İnqilab Məhkəməsinə göndərilib


İyulun 7-i 2020-ci ildə, Əhər şəhərindəki ata evində həbs edilən milli fəal 17 avqust 2020-ci il tarixində 500 milyon tümənlik zəmanət qarşısında sərbəst buraxılıb.



Məhkəmə daha öncə Mehdi Səliminin azadlığa buraxılması üçün 1 milyard 200 milyon tümən dəyərində vəsiqə tələb etmişdi, lakin yazıçının bu məbləğdə zəmanətin təmin edə bilməyəcəyini açıqladığından sonra tələb olunan vəsiqənin dəyəri 500 milyon tümənə düşürüldü.

Səlimi saxlanıldıqdan sonra, öncə Təbrizə, daha sonra Evin həbsxanasında Kəşfiyyat Nazirliyinə aid 209-cu bölməyə aparılmışdı. Azərbaycanlı yazıçı iki həftə həmin bölmədə dindirildikdən sonra həbsxananın ümumi bölməsinə köçürülüb.

Səlimi yaxalandığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən mobil telefonu, kompüter və yazıları müsadirə edilmişdi.

Azərbaycanlı yazıçıya qarşı "rejim əleyhinə təbliğat aparmaq, insanları əxlaqsızlığa sövq etmək, ölkənin təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək və dini müqəddəsləri təhqir etmək” kimi ittihamlar irəli sürülüb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səlimi Yəzd Universitetində təhsil alıb. Əvvəllər “Zoğal” onlayn jurnalının baş redaktoru, “Mindmotor” saytının müdiri olan azərbaycanlı yazıçı bir çox kitab və məqalələr tərcümə edib.

Yazıçının “nəzəri zorakılıq” adlı məqalə toplusu və “Siyavuşlar mərsiyəsi” adlı uzun romanı çap edilib.

Səlimi həmçinin bir sıra roman, fəlsəfə kitabları ilə bağlı məqalələr və şərhlər yazıb.

Geri dön