Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həssas qruplardan olan 16 minədək tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Bildiriş > Həssas qruplardan olan 16 minədək tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilib

Həssas qruplardan olan 16 minədək tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilib


2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 24 min 147 tələbə e-telebe.edu.az portalına müraciət edib.

Təhsil Nazirliyindən bildirilib ki, onlardan 15 min 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Xatırladaq ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib.

Geri dön