Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Çinin Hebey vilayətində COVID-19-la əlaqədar "müharibə rejimi" elan olunub
Çinin Hebey vilayətində COVID-19-la əlaqədar "müharibə rejimi" elan olunub |
Çinin paytaxtının ətrafında yerləşən Hebey vilayətində son günlər COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən "müharibə rejimi" elan olunub.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri təcili vilayətin paytaxtı olan Şıciacuan şəhərinə ezam olunublar. Qərara alınıb ki, 10 milyon əhalisi olan şəhərin bütün sakinləri koronavirus testindən keçsinlər. Bundan başqa, uşaq bağçaları və məktəblərdə dərslər təxirə salınıb, ali məktəblərdə isə vaxtından əvvəl qış tətili elan olunub. Şıciacuanın digər yaşayış məntəqələri ilə bütün növ nəqliyyat əlaqəsi dayandırılıb, şəhərin Qaoçen rayonu ən yüksək səviyyədə riskli zona elan edilib ki, bu hazırda Çində yeganə ən yüksək səviyyədə riskli zonadır. Şıciacuandan keçən avtomagistrallarda hərəkət də dayandırılıb. Vilayətin paytaxtı ilə yanaşı, yoluxma aşkarlanan Sintay və Nandon şəhərlərində də sərt karantin tədbirləri tətbiq olunur. Yoluxanlarla yaxın təmasda olan şəxslər təcrid edilib və hazırda tibb nəzarət altındadırlar. Qeyd edək ki, son 4 gündə Hebey vilayətində 39 təsdiqlənmiş yoluxma və 78 asimptomik hal aşkarlanıb. Hebey sakinlərinin paytaxta sıx gediş-gəlişinin olması virusun Pekinə də ayaq açmaq ehtimalını çoxaldır. Elə bu səbəbdən səlahiyyətli qurumlar təcili və fövqəladə addımlar atmağa başlayıblar. Ötən sutka Pekində bir yoluxma aşkarlansa da, hələlik bu yoluxmanın Hebeylə əlaqəli olduğu təsdiqlənməyib. İlkin epidemioloji araşdırmalara əsasən, Hebey vilayətindəki yoluxma zənciri xaricdən, daha dəqiqi Avropadan gələn virus ştammından başlayıb. Geri dön |