Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Bərdə-Ağdam dəmir yolu xətti yenidən qurulur
Bərdə-Ağdam dəmir yolu xətti yenidən qurulur |
Otuz ilə yaxın işğal altında qalan ərazilərimizin Azərbaycan Ordusu tərəfindən azad edilməsi ilə bir sıra infrastruktur layihələrinin də icrasına başlanılıb. Belə layihələrdən biri Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasıdır. Prezident İlham Əliyev 2020-ci il noyabrın 24-də “Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ümumi uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Bərdə-Ağdam dəmir yolu xətti uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bu polad yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə doğma qatarlarına, doğma sərnişinlərinə həsrət qalıb. 27 ildir ki, qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız qələbə ilə bu yol da aydınlığa çıxır. Hazırda dəmir yol xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir. "Kontur Arxitektura Layihə-Sənaye" QSC-nin mühəndis-texnoloqu Şəmsəddin Talıbov AZƏRTAC-a müsahibəsində bildirib ki, uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçiriləcək. İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub. Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğunun, o cümlədən 103 ədəd dəmir-beton borunun, 4 heyvan keçidinin, 2 böyük yolötürücü qurğunun və 2 körpünün tikilməsi planlaşdırılıb. Torpaq yatağının işlənməsi ilə bərabər hazırda bu qurğuların layihələndirilməsi işləri də aparılır. Geri dön |