Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yalnız dövlət, xalq və səhiyyə birliyi virusu məhv edərək onun üzərində qələbə qazanmağa səbəb ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Yalnız dövlət, xalq və səhiyyə birliyi virusu məhv edərək onun üzərində qələbə qazanmağa səbəb ola bilər

Yalnız dövlət, xalq və səhiyyə birliyi virusu məhv edərək onun üzərində qələbə qazanmağa səbəb ola bilər


Dünyanı bir ildən çoxdur öz ağuşuna alan yeni növ koronavirus infeksiyası yaşadığımız 2021-ci ilin ilk günlərində yayılmaqda davam edir. Geridə qoyduğumuz müddət ərzində qazanılan təcrübələrə əsasən deyə bilərik ki, bu ilin növbəti üç ayı çox önəmlidir və koronavirusla mübarizənin daha sürətli, keyfiyyətli və yüksək səviyyədə aparılacağı gözlənilir. Artıq bir müddətdir ki, peyvəndləmə ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir. Bu da onu deməyə əsas verir ki, yaxın zaman ərzində Azərbaycanda peyvəndləmənin tətbiqinə başlanılacaq.

Hazırda ölkəmizdə koronavirusla mübarizə üç istiqamətdə aparılır: bir istiqamətdə Azərbaycan dövləti, ikinci istiqamətdə Azərbaycan xalqı, üçüncü istiqamətdə isə Azərbaycan səhiyyəsi. Bunları şərti olaraq Böyük Üçlük də adlandıra bilərik. Bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Xalqın mübarizəsi

Hələ COVID-19-un yeni yayıldığı vaxtlarda cəmiyyətdə inamsızlığın hökm sürməsinə baxmayaraq, sonradan bu tendensiya təbii olaraq aradan qaldırıldı. Beləliklə, insanların böyük əksəriyyəti virusun mövcudluğuna inanmaqla artıq qaydalara riayət etməyi özlərinə vacib bildilər. Bununla da xalq virusla mübarizəyə layiqli şəkildə qoşularaq tibbi maskadan istifadəyə, sosial məsafənin gözlənilməsi qaydalarına və zərurət olmadan evdən çıxmamağa üstünlük verməyə başladı. Təbii ki, karantin qaydalarını pozan vətəndaşlara da rast gəlinir. Amma ümumilikdə, xalqın virusla mübarizəsi də alqışa layiqdir. Bu, peyvəndləmədə də davam etməlidir.

Dövlətin mübarizəsi

Dövlətimizin virusla apardığı mübarizə tibb mütəxəssisləri tərəfindən də təqdirəlayiq hesab edilir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin elm adamları ilə Azərbaycan dövlətinin virusla mübarizədə həyata keçirdiyi tədbirlər haqqında söhbət aparan zaman onlar ölkədə dövlət tərəfindən zamanında atılan müəyyən tədbirlərdən bəhs edirlər. Məsələn: uşaqların virusu böyüklər qədər yaya biləcəyi təhlükəsinə görə məktəblərin düzgün vaxtda bağlanması; hələ virusun yeni yayıldığı vaxtlarda təmirə ehtiyacı olan xəstəxanaların təmir olunması; qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilməsi və istifadəyə verilməsi; pandemiya dövründə sahibkarlara, eləcə də digər şəxslərə maddi yardımlar edilməsi; koronavirusla mübarizəyə büdcədən əlavə vəsaitlər ayrılması dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin bu məsələlərə şəxsən nəzarət etməsi isə onun Azərbaycan xalqına verdiyi dəyər kimi qiymətləndirilməlidir.

Bütün bunlarla yanaşı, Azərbaycan həm də beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğruldur. Ötən il Azərbaycan pandemiya ilə mübarizədə ÜST-nə könüllü maliyyə töhfəsi verib, həmçinin ICESCO və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA), eləcə də 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib. Bütün bunlar həm də onun göstəricisidir ki, Azərbaycan istər iqtisadi, istərsə də siyasi cəhətdən güclü dövlətdir.

Səhiyyənin mübarizəsi

Səhiyyənin virusla mübarizəsinə gəlincə, dünya tibb sahəsinin hazırkı durumu hər kəsə bəllidir. Təəssüflər olsun ki, hətta ən aparıcı ölkələrin səhiyyə sistemlərinin bu virusun qarşısında aciz qaldığı göz önündədir. Virusun bütün dünyada tüğyan etdiyi və dünya səhiyyə sistemlərinin virusun qarşısında çətinlik çəkdiyini hər kəs müşahidə edə bilər. Bu da onu deməyə əsas verir ki, dünyanın heç bir inkişaf etmiş ölkəsi səhiyyəsi infeksiyanı tamamilə yox etmək və ya virusa yoluxan bütün xəstələri sağaltmaq iqtidarında deyil. Beləliklə, bir virus həm də dünya tibb sahəsində hansı boşluqların olduğunu üzə çıxardı və müəyyən ölkələri məhz səhiyyə sistemlərindəki boşluqlarla imtahana çəkdi.

“Düşünürəm ki, bu, özü də bir təcrübə olacaq və koronavirus pandemiyasından illər sonra yarana biləcək yeni pandemiyalara və gözlənilməz xəstəliklərə qarşı hər an hazır olmaq üçün əvvəlcədən tədbirlərin görülməsini zəruri edəcək. Bu gün dünyada karantin rejimlərinin, komendant saatlarının və digər məhdudiyyətlərin tətbiqi səhiyyənin yükünü azalda bilir, amma hər kəs başa düşür ki, bunlar virusu məhv etmir. Bu addımları, sadəcə, dövlətlərin və hökumətlərin səhiyyəyə yardımı, dəstəyi kimi başa düşmək lazımdır. Amma tam əminliklə və elmə əsaslanaraq deyə bilərəm ki, yalnız dövlət, xalq və səhiyyə birliyi virusu məhv edərək onun üzərində qələbə qazanmağa səbəb ola bilər”, - deyə Nuran Abdullayev fikirlərini tamamlayıb.

Geri dön