Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”sunun axtarışları davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”sunun axtarışları davam edir

İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”sunun axtarışları davam edir


Yanvarın 11-də İndoneziyanın hərbi-dəniz qüvvələrinin 50 nəfərdən ibarət dalğıclar qrupu iki gün əvvəl Yava dənizində qəzaya uğramış “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsinin “qara qutu”sunun axtarışlarını davam etdiriblər.

AZƏRTAC xəbər verir ki, İndoneziya Nəqliyyatda Təhlükəsizlik Milli Komitəsinin nümayəndələri bu gün qarşıda duran əsas vəzifənin məhz təyyarənin “qara qutu”sunun tapılması və sahilə çıxarılması olduğunu bildiriblər. İndoneziya hava qüvvələrinin komandanı marşal Hadi Tyacantonun sözlərinə görə, yanvarın 10-da təyyarənin səsyazan cihazlarından siqnallar qeydə alınıb və onların yeri müəyyən edilib.

İndoneziyanın Nəqliyyat Nazirliyi, Milli Axtarış və Xilasetmə Agentliyi və digər müvafiq qurumlar hələlik təyyarənin qəzaya uğramasının səbəblərini açıqlamaqdan çəkinirlər. Bunun üçün “qara qutu”larda olan məlumatın şifrəsinin açılmasının zəruriliyini qeyd edirlər. Bununla yanaşı, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin nümayəndəsi Deni Septiadi “Boeing 737-500” sərnişin təyyarəsi havaya qalxarkən ildırım və hava burulğanı zonasına düşdüyünü bildirib.

Xatırladaq ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Male adaları yaxınlığında Yava dənizinə düşüb. Cakartadan Kalimantan adasındakı Pontianak şəhəri istiqamətində hərəkət üçün havaya qalxan təyyarə təqribən 3 kilometr hündürlüyə qalxdıqdan sonra radarlardan itib və dənizə düşüb. İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsinin məlumatına görə, yerli xidmətlər onların məsul olduğu ərazidə heç bir təyyarədən qəza siqnalı almayıb.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. İlkin məlumata görə onların hamısı həlak olub.

Azərbaycanın İndoneziyadakı səfirliyindən bildiriblər ki, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıblar.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Geri dön