Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri görülür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri görülür

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri görülür


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli orqanları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 6 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Xidmətdən bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergiödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergiödəyicisində malların təqdim edilməsi zamanı qaimə-faktura təqdim edilməməsi, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 3 vergiödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Geri dön