Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > ÜST vaksinasiya arasındakı müddətin artırılması təklifini dəstəkləməyib
ÜST vaksinasiya arasındakı müddətin artırılması təklifini dəstəkləməyib |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniya hökumətinin “Pfizer” şirkətinin hazırladığı birinci və ikinci vaksinlər arasındakı müddətin 12 həftəyə qədər uzadılması təklifini dəstəkləməkdən imtina edi
“MedikForum”a istinadla xəbər verir ki, ekspertlərin bunun işləyə biləcəyinə dair heç bir sübutu yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarının fikrincə, “Pfizer” şirkətinin hazırladığı vaksinin birinci və ikinci komponentlərinin tətbiqi arasındakı fasiləni indiki üç həftədən 12 həftəyə qədər artırmağın heç bir mənası yoxdur. Bu qərar Böyük Britaniya səlahiyyətlilərinə risk qrupundan olan insanları peyvənd etmək üçün sərəncamında olan bütün dərman dozalarını istifadə etməyə və yalnız sonra gətirilən yeni preparatların vasitəsilə ikinci komponenti tətbiq etməyə kömək edə bilər. Ara müddət 12 həftəyə qədər artırılarsa, mövcud olan bütün materiallar ilk inyeksiya üçün istifadə ediləcək. Lakin elmi müşahidələr göstərir ki, birinci komponent tətbiq olunduqdan sonra immun anticisimlərin səviyyəsi üçüncü həftəyə maksimuma çatır və sonra azalmağa başlayır. Məhz bu səbəbdən ÜST ekspertlərinin fikrincə, səlahiyyətlilər mütləq vaksinasiya olunmuş insanlara peyvəndin ikinci tərkib hissəsini ilk inyeksiyadan sonra 21-28 gün ərzində verməlidirlər. Bu, COVID-19 infeksiyasına qarşı uzunmüddətli müdafiə şansını təmin etmək üçün yeganə yoldur. Bununla birlikdə, Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi Böyük Britaniya səlahiyyətlilərinin qətiyyətinə təsir etməyə bilər. Onlar indi mutasiya olunmuş koronavirus ştammından qaynaqlanan infeksiyalarının inanılmaz artımı ilə qarşılaşıblar. Və ən sərt karantin məhdudiyyətləri xəstəliyin azaldılmasına hələ ki imkan vermir. Vaksin kifayət qədər deyil və mümkün qədər çox insana çatdırmaq üçün bütün mövcud dozaları istifadə etmək istəyi yaranır. Hakimiyyətlər, bunun vaksinasiya gücünü kəskin şəkildə zəiflədəcəyini düşünməməyi üstün tuturlar, çünki ikinci dalğanı aşağı salmaq lazımdır. Geri dön |