Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziyada müstəntiqlər qəzaya uğramış təyyarənin səs yazılarını əldə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İndoneziyada müstəntiqlər qəzaya uğramış təyyarənin səs yazılarını əldə ediblər

İndoneziyada müstəntiqlər qəzaya uğramış təyyarənin səs yazılarını əldə ediblər


İndoneziyada müstəntiqlər Yava dənizində qəzaya uğramış təyyarənin heyət üzvləri ilə aparılan danışıqların səs yazılarını əldə ediblər.

İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Nəqliyyat Təhlükəsizlik Milli Komitəsinin rəhbərinin müavini Nurkahio Utomo məlumat verib.

“Biz səs yazılarını əldə etmişik və həmin danışıqlarda hər hansı qəribəliyi dəqiqləşdirmyə çalışacağıq”, - deyə N.Utomo bildirib. Bununla yanaşı, komitə rəhbərinin müavini qeyd edib ki, qəza təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verdiyinə görə, həmin yazılar çox qısadır. N.Utomo, həmçinin deyib ki, istintaq hələlik danışıqların mətnini ictimailəşdirməyi planlaşdırmır.

Komitənin digər nümayəndəsi Bambanq İravan isə bildirib ki, müstəntiqlər təyyarənin göyərtəsində partlayışın baş verməsini də az ehtimal edirlər.

“Hesab edirik ki, təxminə 76 metr hündürlükdə olan təyyarə həmin vaxt bütün olub. Ola bilər ki, o, suya yüksək sürətlə dəyərkən partlayış baş verib”, - deyə B.İravan qeyd edib. Bildirib ki, bunu təyyarənin qırıntılarını çox da böyük sahədə səpələnməməsi təsdiq edir.

Yanvarın 12-də xilasedicilər qəzanın qurbanlarının və “qara qutu”ların axtarışlarını bərpa ediblər.

Xatırladaq ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Male adaları yaxınlığında Yava dənizinə düşüb. Təyyarə Cakartadan Kalimantan adasında yerləşən Pontianak şəhərinə uçurmuş. Təqribən 3 kilometr hündürlüyə qalxan təyyarə gözlənilmədən bir dəqiqə ərzində dəniz səviyyəsinə düşüb və radarlardan itib.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. Yayılan məlumata görə, onların hamısı həlak olub.

Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Geri dön