Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması barədə hesabat yaxın 1 ayda dərc olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması barədə hesabat yaxın 1 ayda dərc olunacaq

İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması barədə hesabat yaxın 1 ayda dərc olunacaq


Yanvarın 9-da Yava dənizində qəzaya uğrayan sərnişin təyyarəsi barədə ilkin hesabat faciənin baş verməsindən sonra 30 gün ərzində dərc olunacaq.

Bu barədə İndoneziyanın Nəqliyyatda Təhlükəsizlik Üzrə Milli Komitəsinin sədr müavini Nurkahio Utomo deyib.

“Biz uçuşların təhlükəsizliyi üzrə beynəlxalq normalara müvafiq olaraq yaxın 30 gün ərzində istintaqın gedişi barədə ictimaiyyəti məlumatlandırmaq niyyətindəyik”, - deyə N.Utomo bildirib.

Bununla yanaşı, o qeyd edib ki, hesabatda qəzanın səbəbləri barədə müstəntiqlərin rəyi, baş vermiş faciənin təhlili öz əksini tapmaya bilər. Çünki bunun üçün daha uzun müddətə ehtiyac var.

Komitə sədri Soercanto Tacahono isə bəyan edib ki, yanvarın 12-də aşkar edilən “qara qutu”nun şifrəsinin açılması 5 gün vaxt tələb edir. Bununla yanaşı, dalğıcların pilotların kabinəsində aparılmış danışıqları qeydə alan ikinci “qar qutu”nu hava şəraitinin pisləşməsi ilə əlaqədar hələlik aşkar edə bilmədikləri də qeyd edilir.

Xatırladaq ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Male adaları yaxınlığında Yava dənizinə düşüb. Təyyarə Cakartadan Kalimantan adasında yerləşən Pontianak şəhərinə uçurmuş. Təqribən 3 kilometr hündürlüyə qalxan təyyarə gözlənilmədən bir dəqiqə ərzində dəniz səviyyəsinə düşüb və radarlardan itib.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. Yayılan məlumata görə, onların hamısı həlak olub.

Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirilib, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Geri dön