Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Türkiyədə əhalinin peyvəndlənməsinə başlanılıb
Türkiyədə əhalinin peyvəndlənməsinə başlanılıb |
Türkiyədə əhalinin COVID-19-a qarşı peyvəndlənməsinə başlanılıb.
Hazırda ilk peyvəndlər İstanbulda Oxmeydanı professor Cəmil Taşcıoğlu adına Tədris-Araşdırma Xəstəxanasında səhiyyə işçilərinə vurulur. Türkiyədə əhaliyə Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq olunur. Peyvəndləmə dörd mərhələdə aparılacaq. Peyvənd ilkin mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar, yaşlı, əlil, qoruma evlərində qalan vətəndaşlara vurulacaq. Növbəti mərhələdə isə risk qruplarına daxil olan və yaşı 50-dən yuxarı olanlar peyvəndlənəcək. Xatırladaq ki, Türkiyədə ilk peyvənd ölkənin səhiyyə naziri Fahrettin Kocaya vurulub. Geri dön |