Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > 15 yanvar - Beynəlxalq Vikipediya Günüdür
15 yanvar - Beynəlxalq Vikipediya Günüdür |
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından böyük əhəmiyyət kəsb edən “Vikipediya” onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. “Vikipediya” internetdə açıq şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan, biliklərə əsaslanan, bilavasitə veb-brauserdən idarə olunan çoxdilli, əməkdaşlığa əsaslanan onlayn ensiklopediyadır. ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş “Vikipediya” müasir dövrdə internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. “Vikipediya”ya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda, səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər. Beynəlxalq Vikipediya Günü münasibətilə “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimov fikirlərini bölüşüb. “Vikipediya”da nə üçün redaktə etməliyik? Nə üçün məqalələr yaratmalıyıq? Bunun bizə xeyri nədir və bununla nə əldə edəcəyik? Bir qədər maraqlandıqdan və “Vikipediya” ilə yaxından tanış olduqdan sonra anlamaq olar ki, bu onlayn ensiklopediya məlumatın azad və sərbəst şəkildə paylaşıldığı bir məkandır. Buradakı məlumatları paylaşan da, oxuyan da özümüzük. Azad dedikdə "Vikipediya"dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur. Yəni yaşından, kimliyindən asılı olmayaraq hər kəs “Vikipediya”da məqalə yarada və onu redaktə edə bilər. Xarici dildə bilməyən və ana dilində məlumat əldə etmək istəyən insanlar üçün “Vikipediya”nın önəmi çox böyükdür. Təxminən 10 il əvvəl Azərbaycan dilində internet üzərindən istədiyimiz məlumatları tapmaqda çox çətinlik çəkirdik və demək olar ki, çox zaman tapa bilmir və digər dillərdə axtarmağa üstünlük verirdik. Lakin hazırda bu boşluq “Vikipediya” sayəsində kifayət qədər qalxıb. Azərbaycan dilindəki “Vikipediya”da məlumatların sayı çox artıb. İstədiyimiz məlumatı ana dilimizdə rahat şəkildə tapa bilməyimiz üçün hər kəsin “Vikipediya”ya dəstək verməsi, məqalə yaratması vacibdir. Qeyd edim ki, ötən ilin dekabr ayı ərzində “Vikipediya” səhifələri ümumilikdə 22 milyard dəfə ziyarət olunub. Son bir il ərzində isə 269 milyard dəfə ziyarət olunub. Azərbaycan dilindəki “Vikipediya”ya ötən ilin dekabrında 33 milyon dəfə, ölkəmizdən isə bu dil bölməsinə 19 milyon dəfə ziyarət qeydə alınıb. Bütün bunlar “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla da biz görürük ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanları sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki "Vikipediya"nı qoruyub, zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin. Bu gün “Vikipediya”nın 20 yaşı tamam olur. Bu münasibətlə hər birinizi təbrik edirəm”. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov “Vikipediya” internet şəbəkəsinin önəmindən danışıb. Ramin Əhmədov “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə ötən ilin noyabr ayından həyata keçirilən “Türk dünyası “Vikipediya”da layihəsinin uğurla davam etdiyini bildirib. “Vikipediya” fəaliyyətimizdə yeni sahədir. Deyərdim ki, maraqlı və önəmli istiqamətdir. Bizim fəaliyyət istiqamətimiz türk dünyasının zəngin tarixi, mədəniyyəti və ədəbiyyatı barədə məlumatları “Vikipediya”da zənginləşdirməkdən ibarətdir. Bu günə qədər türk dünyası ilə bağlı yüzdən şox məqalə yaradılıb və zənginləşdirilib. Hər bir məqalə cəmiyyətin maarifləndirilməsində əvəzsiz rol oynayır. Həm də insanlarımız öz dilimizdə istənilən məlumatı əldə edə bilirlər. Doğma dilimizdə məlumatların zənginləşdirilməsi informasiya bazasının çoxalması deməkdir. Bu gün Beynəlxalq Vikipediya Günüdür və “Vikipediya” internet şəbəkəsinin yaradılmasının iyirmi ili tamam olur. Hazırda “Vikipediya” dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir. Bu şərəfli və qürurverici missiyanı davam etdirmək lazımdır. Gənclərimiz “Vikipediya” hərəkatında fəal olmalıdırlar. Bunu bizdən yaşadığımız texnoloji dövr tələb edir”. Geri dön |