Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Partiyaların maliyə hesabatı vermə qaydaları təsdiqlənib.
Partiyaların maliyə hesabatı vermə qaydaları təsdiqlənib. |
Onlar hesabatlarını “Mühasibat uçotu haqqında” Qanuna uyğun tərtib edəcək
Nazirlər Kabineti siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydaları haqda sənədi təsdiqləyib. Bundan sonra siyasi partiyalar maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Qanuna uyğun tərtib edəcək. Sənəddə qeyd olunur ki, partiyalar qeyri-kommersiya hüquqi şəxslər - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumlardır. Partiyaların maliyyə hesabatı üç sənəddən ibarətdir: maliyyə vəziyyəti haqda hesabat; maliyyə fəaliyyətinin nəticələri haqda hesabat; əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. Hesabatların əsas tərkib hissəsini əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərin məzmunu təşkil edir. Bura aşağıdakı məlumatlar daxil edilməlidir: siyasi partiyaların maliyyə hesabatlarının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar; maliyyə vəziyyəti haqqında hesabatda göstərilən bütün maddələrin açıqlanmasını təmin edən məlumatlar; maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda göstərilən bütün maddələrin (o cümlədən üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı və ianəni vermiş şəxslər barədə məlumatlar) açıqlanmasını təmin edən məlumatlar; ianə vermiş şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və ianənin məbləği əhəmiyyətli uçot siyasəti. Siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını təqdim etməyən partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verəcək. Vətəndaş cəmiyyəti fəallarının fikrincə, bu, öz bizneslərini ictimaiyyətdən gizlətmək üçün məmurların maraqları naminə edilib. Geri dön |