Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İsmayıllıda vaksinasiya ilə əlaqədar komissiyanın iclası keçirilib
İsmayıllıda vaksinasiya ilə əlaqədar komissiyanın iclası keçirilib |
Respublikamızda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb və bununla əlaqədar İsmayıllıda rayon icra hakimiyyətinin başçısı yanında komissiyanın iclası keçirilib.
Rayon icra hakimiyyətindən bildirilib ki, iclasda vaksinasiyanın başlaması ilə əlaqədar bütün işlər geniş müzakirə olunub. Vurğulanıb ki, təhlükəli virusa qarşı mübarizə məqsədilə başlanan bu mühüm tədbirlə bağlı rayon mərkəzi xəstəxanasının infeksiya şöbəsində xüsusi vaksin otaqları təşkil edilib. Burada vaksinləşmənin aparılması üçün bütün zəruri şərait yaradılıb. Bundan əlavə, ilk peyvənd olunacaq insanların siyahıları hazırlanıb. İclasda bildirilib ki, vaksinasiya prosesinin gedişi ilə əlaqədar rayon icra hakimiyyətinin rəsmi saytında və sosial şəbəkələrdə əhaliyə mütəmadi olaraq məlumatlar veriləcək. Geri dön |