Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Qarabağ İcmasından Ovannisyana cavab: “SSRİ və Rusiya olmasaydı Ermənistan nə idi ki...”
Qarabağ İcmasından Ovannisyana cavab: “SSRİ və Rusiya olmasaydı Ermənistan nə idi ki...” |
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak etmək üçün.Azərbaycana dəvət edilən Ermənistanın “İrs” partiyasının lideri Raffi Ovannisyan bır sıra cəfəng sayıqlamaları ilə yadda qalıb. Ermənistanda keçiriləcək president seçkilərinə namizəd kimi qatılacaq bu şəxs çox güman ki, belə çıxışlarla siyasi xal toplamağa köklənib.
Ermənistanın xarici islər idarəsinin sabiq rəhbəri azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtması məsələsinə toxunaraq deyib ki, azərbaycanlılar və ümmiyətlə bütün qaçqınlar “müstəqil Qarabağ respublikası”na a qayitmalıdırlar. Onun bu avantürası Dağlıq Qarabağın Azərbaycanlı icması İdarə heyətinin üzvü Rövşən Rzayev tərəfindən kəskin etirazla qarşılanıb. Açıqlamasında Rzayev bildirib ki, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq: “Bunu erməni tərəfi birdəfəlik dərk etməlidir. İşğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən çıxarılacaq. Bütün azərbaycanlılar öz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycan tolerant dövlətdir və buna görə də azərbaycanlı və ermənilərin Qarabağda birgə yaşayışı da təmin olunacaq. Ermənilər bilməlidirlər ki, Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonu işğal etmək onların gücündə olan məsələ deyil. Birmənalı şəkildə demək olar ki, Ermənistan heç vaxt Azərbaycana rəqib ola bilməz. Sovet imperiyasından qalan hərbi qüvvələr və Rusiyaya məxsus 366-cı alay olmasaydı Azərbaycan torpaqları işğal olunmazdı. Azərbaycan xalqı bir nəfər kimi əmindir ki, torpaqlarımız işğaldan azad ediləcək. Heydər Əliyev siyasəti və bu siyasətin layiqli davamçısı cənab Prezident İlham Əliyevin səyləri nəticəsində torpaqlarımız azad olunacaq. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”. Ovannisyanın dünyaya səpələnmiş ermənilər Türkiyə və Azərbaycanın böyük şəhərələrinə qayıtması ilə bağlı səsləndirdiyi fikirlərə, icma üzvü deyib ki, Ermənistan anlamalıdır ki, onun ərazisi bütövlüklə tarixi Azərbaycan torpaqlarıdır: “Ona görə də Türkiyəyə qarşı iddiada bulunursa bilməlidir ki, azərbaycanlılar İrəvana, Dərələyəzə, Zəngəzura və indiki Ermənistan adlanan forpost dövlətin azərbaycanlılara məxsus ərazilərinə qayıdacaqlar”. Geri dön |