Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəlzələ Qranadada kafedral kilsəyə ziyan vurub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Zəlzələ Qranadada kafedral kilsəyə ziyan vurub

Zəlzələ Qranadada kafedral kilsəyə ziyan vurub


Son günlər regionu silkələyən ardıcıl zəlzələlər səbəbindən Qranada kafedral kilsəsinin fasadına ziyan dəyib.

İspaniyanın Qranada şəhərində iki ay ərzində təxminən 300-dək zəlzələ baş verib. Yanvarın 23-də qeydə alınan sonuncu zəlzələ 4,4 bal gücündə olub.

Qranada Arxiyepiskopluğunun məlumatına görə, kilsənin qüllələrindən birinin üst hissəsi çatlayıb, digəri isə qismən dağılıb. Aparılan yoxlama zamanı əsas fasadın zədələnməsi aşkarlanıb. Bununla bağlı kilsə ətrafındakı ərazi hasara alınıb, orada bərpa işləri aparılır.

Geri dön