Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “AzerGold” ötən il dövlət büdcəsinə 13 milyon manatadək vəsait ödəyib
“AzerGold” ötən il dövlət büdcəsinə 13 milyon manatadək vəsait ödəyib |
2020-ci ildə "AzerGold" QSC dövlət büdcəsinə 12,9 milyon manat vəsait ödəyib.
Bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib. QSC sədri qeyd edib ki, bu vəsaitin 10,7 milyon manatı vergi, 2,2 milyon manatdan çoxu Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. 2019-cu ildə bu məbləğ 12,2 milyon manat olub. 2020-ci ildə büdcə ödənişləri 2019-cu illə müqayisədə 0,7 milyon manat, yəni 6 faiz artıb. Ümumilikdə, QSC-nin fəaliyyəti dövründə dövlət büdcəsinə 40,8 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilib. Keçən il, həmçinin QSC-nin nizamnamə kapitalı 50 milyon manat artırılaraq 62 milyon manata çatdırılıb. Geri dön |