Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə koronovirusa yoluxma sayı yenidən artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə koronovirusa yoluxma sayı yenidən artıb

Ərdəbildə koronovirusa yoluxma sayı yenidən artıb


“Mehr” xəbər agentliyinin verdiyi bilgiyə görə, Dr.Şəhram Həbibzadə yanvar ayının 1-i. Günün ikinci yarısında ərdəbildə koronovirusla bağlı son durumu açıqlayaraq deyib: “Son 24 saat ərzində daha 20 xəstənin xəstəxanaya qəbulu ilə hazırda müalicə alan koronovirus xəstələrinin sayı 195 nəfərə yüksəlib.”



O, karantin qaydalarına riayət olunmamasını, şəhəriçi gəzintilərin çoxalmasını və ümumi tədbirlərin keçirilməsini xəstə sayının yenidən artmasına nədən olduğunu buildirib.



Qeyd edək ki, son vaxtlar “Fatimiyyə günləri” yas mərasimlərinin geniş səviyyədə keçirilməsi bir çox müzakirələrə səbəb olmuşdur. Tibb işçiləri və mütəxəssisləri bunun koronovirusun yayılması. Yenidən genişlənməsinə nədən olacağı barədə xəbərdarlıq etsələrdə, bir sıra İran rəsmiləri və dini çevrələr mərasimlərin keçirilməsinin vacibliyini bildirdilər.



Bununla yanaşı bir sıra yeyinti mallarının qıtlığı, onların əldə edilməsi üçün vətəndaşların saatlarla uzun sıralarda gözləmələri virusun yenidən yayqınlaşmasında əhəmiyyətli rol oynayıb.

Geri dön