Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > “Azərbaycanın paleontoloji atlası” nəşrə hazırlanır
“Azərbaycanın paleontoloji atlası” nəşrə hazırlanır |
AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin rəhbərliyi ilə ilk dəfə “Azərbaycanın paleontoloji atlası” nəşrə hazırlanır.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, bu məqsədlə Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Eybatov, Geologiya və Geofizika İnstitutunun Paleofloristika sektorunun rəhbəri Şəfəq Bayramova və bir qrup mütəxəssisi yeni atlasın nəşrinə hazırlıq işləri ilə bağlı layihə rəhbəri Akif Əlizadəyə məlumat veriblər. Müzakirə zamanı atlasın tərtibi ilə bağlı problemlərin həlli, görülən və görüləcək işlər barədə qərar təsdiq edilib. Müasir dizayn və illüstrasiya standartlarına cavab verən atlasda Azərbaycanın fauna və florasının öyrənilmə dərəcəsi və stratiqrafik cəhətdən əhəmiyyətli olan orqanizm qruplarının tərkibi haqqında məlumatlar əks olunacaq. Uzun illər ərzində toplanmış zəngin paleontoloji materiala əsasən “Azərbaycanın paleontoloji atlası”nın üç cilddə nəşr olunması nəzərdə tutulur. I cild Azərbaycanın onurğasızlar faunasına (molyusklar, braxiopodlar, krinoideyalar, mikrofauna, mərcanlar və s.) həsr olunacaq. II cilddə Azərbaycanın onurğalılar faunası (hipporion fauna, məməlilər, sürünənlər, quşlar və s.) yer alacaq. III cilddə isə ölkəmizdə paleofloristik tədqiqatlarının nəticələri (yarpaq flora, bitkilərin spor-tozcuğu, diatomlar, dinosistlər, nanoplankton və s.) haqqında materiallar toplanacaq. “Azərbaycanın paleontoloji atlası”nın ilin sonuna kimi hazır olacağı nəzərdə tutulur. Geri dön |