Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 108 min nəfəri ötüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 108 min nəfəri ötüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 108 min nəfəri ötüb


Böyük Britaniyada koronavirusdan həyatını itirənlərin sayı 108 min nəfəri, virusa yoluxanların sayı isə 3 milyon nəfəri ötüb.

Krallıqda virusa yoluxmada artım müşahidə olunsa da, bu günə qədər 9,6 milyon insana peyvəndin ilk dozası vurulub.

Həmçinin Oksford Universitetində aparılan araşdırmalara görə, “Oksford-AstraZeneca” peyvəndi yalnız insanları xəstəliklərdən qorumur, eyni zamanda, virusun yayılma sürətini də yavaşladır.

Universitet tərəfindən 17 min nəfər üzərində aparılan sınaqlar zamanı hər iki doza verilən insanlarda müsbət COVID-19 testlərinin nisbətinin yarıbayarı azaldığı öyrənilib.

Qeyd edək ki, Böyük Britaniyada “Pfizer / BioNTech”, “Oksford Universiteti və AstraZeneca” və “Moderna” peyvəndləri qeydiyyatdan keçib. “Johnson & Johnson” və “Valneva” peyvəndlərinin isə təsdiqlənməsi gözlənilir.

Geri dön