Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır


“Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının 2020-ci ildə xidməti döyüş fəaliyyətinin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində müşavirə keçirilib.

Müşavirəni muxtar respublikanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. Hesabat məruzəsi ilə çıxış edən “Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev ötən il briqada qarşısında qoyulan vəzifələrin icrası istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Məruzə ətrafında müzakirələr aparıldıqdan sonra müşavirədə çıxış edən daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov deyib: “Naxçıvan Muxtar Respublikasında dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik və davamlı inkişaf ümummilli lider Heydər Əliyevin müəllifi olduğu siyasi strategiyanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Ötən 25 il ərzində muxtar respublikada hərbi quruculuq sahəsində də xeyli iş görülüb, buradakı qoşun hissələrinin maddi-texniki bazalarının gücləndirilməsi, hərbçilərin ailə-məişət şəraitinin yaxşılaşdırılması, əsgərlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi diqqətdə saxlanılıb”.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində naxçıvanlı əsgər və zabitlərin göstərdikləri şücaət muxtar respublikada hərbçilərin, eyni zamanda, gənclərin necə vətənpərvər ruhda böyüməsinin əyani sübutu oldu.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bunun ifadəsidir ki, 2020-ci ildə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsi bütün zəruri avadanlıq və xüsusi vasitələrlə tam təchiz edilib, möhtəşəm əsgəri-məişət kompleksi tikilib şəxsi heyətin istifadəsinə verilib, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2 ədəd “Mitsubishi L-200” markalı minik avtomobili hərbi hissəyə hədiyyə olunub.

Bildirilib ki, bu gün Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası 2020-ci ildə Naxçıvan Muxtar Respublikasında Türkiyə Respublikasının hərbçiləri ilə birgə təşkil olunmuş “Sarsılmaz qardaşlıq – 2020” adı altında keçirilən əməliyyat taktiki təlimlərdə, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları ilə birgə təşkil olunan mütəxəssis toplanışlarında, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən xüsusi taktiki təlimlərdə uğurla iştirak ediblər. Bundan əlavə, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası son 3 ildə Daxili Qoşunların Baş İdarəsi tərəfindən keçirilən inspeksiya yoxlamalarının nəticələrinə görə Daxili Qoşunların hərbi hissələri arasında ən yaxşı nəticə göstərərək birinci yerə layiq görülüb.

Bildirilib ki, ötən il qarnizonla birgə təsdiq olunmuş “Uzlaşma planı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən yüksək qiymətləndirilib, 2021-ci ildə bu sahədə görüləcək işlərin daha effektli təşkil olunması ilə bağlı hərbi hissələrə tapşırıqlar verilib.

Sonda daxili işlər naziri tərəfindən “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının qarşısına müvafiq tapşırıqlar qoyulub.

Geri dön