Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Dilənçiyanın Ermənistana dilənçi payı
Dilənçiyanın Ermənistana dilənçi payı |
Tarixən kiminsə himayəsinə sığınaraq müxtəlif yardımlar hesabına başqasının malına, dövlətinə, mədəniyyətinə, torpağına sahib çıxmağa çalışan ermənilər, indinin özündə də müxtəlif tədbirlər təşkil edərək, yardımlar toplamağı özlərinə şərəf bilirlər. Başqa sözlə - sözün əsl mənasında mədəni dilənçiliklə məşğul olurlar.
Hər il olduğu kimi, bu il də Ermənistanın «Ümumi erməni» fondu tərəfindən noyabr ayının 22-si axşam təşkil olunmuş telemarafon yardım kompaniyası ayın 23-ü səhər saat 8.00-da başa çatdı. Nə qədər yardımın toplandığını ekranda saniyələri sayaraq səbirsizliklə gözləyən iştirakçıların həyacanlı baxışları sanki yeni ilin gəlişini xatırladırdı. Nəhəyat ki, tablodakı gerisayma başa çatır və ekranda 24 saat ərzində toplanan yardımın məbləği peyda olur: 21.477. 422 dollar (iyirmi bir milyon dörd yüz yetmiş yeddi min dörd yüz iyirmi iki dollar). Zaldakı iştirakçılarla birlikdə telekörpü vasitəsilə xarici kanallardan canlı yayıma bağlanan iştirakçılar eyni anda xüsusi əhvali-ruhiyyə ilə qara zurna sədaları altında yallı oynayırmış kimi atılıb – düşürdülər. Hətta, bu zaman ABŞ-ın senatorlarından da canlı yayıma qoşularaq erməni xalqını təbrik edən oldu. Bütün gecəni yatmayan erməni sənət adamları telemarafona dəvət etdikləri xarici havadarları ilə bir - birini təbrik edirlər. Bəziləri isə sevinc göz yaşlarını gizlədə bilmirdilər. Sanki toplanan məbləğlə bütün Ermənistanın problemləri həll olunacaqdı. Bəlkə də ona görə sevinirdilər ki, builki yardım ötən illərdəkindən iki dəfə artıq olmuşdu. Təbii ki, builki yardımın artıq olmasının əsas səbəblərindən biri də erməni təbliğatının fəal işə düşməsi idi. Belə ki, əgər əvvəlki illərdə keçirilən kampaniyalarda ancaq müğənnilərin və sənət adamlarının fəallığı müşahidə olunurdusa, bu dəfə ən çox Ermənistan həqiqətləri ön planda görünürdü. Yəni, ilk növbədə - vəziyyətləri ən ağır olan xəstə uşaqlar və qocalar görüntüyə gətirilirdi. Sonra yarımçıq qalmış və uçub -dağılmış tikintilər, guya ki, gələcəkdə tikiləcək obyektlərin layihələri və s. ekrana gətirilirdi. Maraqlıdır ki, bu yardımlardan Qarabağda quruculuq işlərində də istifadə olunacağı bildirilir və Ermənistanın “sədri” Serj Sərkisyanın Qarabağdakı separatçıların “rəisi” Bako Saakyanla birlikdə Xankəndi küçələrində görəcəkləri işləri birgə müzakirə etdikləri görüntülər dəfələrlə ekrana gətirilir. Bu mənzərələri görən hansı erməni yardım etməz? Məni ən çox maraqlandıran isə o oldu ki, ekranın aşağı küncündə yardım edənlərin siyahısı və onların verdiyi məbləğin miqdarı qeyd olunarkən, bir maraqlı soyada rast gəldim. «Dilənçiyan - 150 dollar». İsmayıl TANRIVERDİ BDU-nun erməni araşdırmaları ETL-nın rəhbəri Geri dön |