Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda naringi bağlarının güzəştli sığortası başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Azərbaycanda naringi bağlarının güzəştli sığortası başlayıb

Azərbaycanda naringi bağlarının güzəştli sığortası başlayıb


Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə naringi (mandarin) bağlarının sığortalanması şərtləri açıqlanıb.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, limon, portağal, naringi (mandarin), çay, çəltik, tütün, sitrus, fındıq və pambıqdır.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə naringi bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Naringi sahələrinin sığortalanması zamanı sitrus bitkilərinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün sitrus bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.

Belə ki, naringinin bir hektarı üçün məhsuldarlıq norması 1,8-500 sentner arasında, qiymət isə 80-150 manat/sentner arasında müəyyən edilib.

Geri dön