Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə azadlığa buraxılan 84 məhbus arasında siyasi məhbuslardan heç birinin adı yoxdur
Ərdəbildə azadlığa buraxılan 84 məhbus arasında siyasi məhbuslardan heç birinin adı yoxdur |
Ərdəbil əyalətinin Baş Prokuroru Seyid Abdullah Təbatəbayi fevralın 4-də keçirdiyi mətbuat konfransənda “İran İslam İnqilabı”nın ildönümü münasibətilə Ərdəbil zindanlarında saxlanılan 84 nəfərin azadlığa buraxıldığını bildirib.
O, kronovirusun yayıldığı bir dönəmdə bu addımın atılmasının eyni halda dustaqların sağlamlıqlarına göstərilən qayğı kimi dəyərləndirib. Azadlığa buraxılan dustaqların siyahısında heç bir siyasi məhbusun və mədəni fəallın adı yoxdur. Ərdəbil zindanında saxlanılan tanınmış siyasi məhbus Abbas Lisani, Yusif Kari, Əli Vasiqi, Rza Vasiqi və b. dəfələrlə müraciətlərinə baxmayaraq onlara tibbi məzuniyyətin verilməsinindən belə imtina edilib. Xatırladaq ki, 8 Dekabr 2020-ci il tarixində məhkəmə və prokrorluq əməkdaşlarından ibarət bir heyət Ərdəbil həbsxanasında oldular. Məhbusların ümumi durumu ilə maraqlanan heyət bir sira tədbirlərə, o cümlədən məhbusların tibbi məzuniyyətə göndərilməsinə qərar verdiklərini bildirdilər. Bundan sonra 8 yanvar 2021-ci il tarixində, tanınmış siyasi fəal Abbas Lisaninin tibbi məzuniyyətə buraxılması üçün istənilən 800 milyon tümıənlik girovun qoyulmasına baxmayaraq onun məzuniyyətə buraxılmasına icazə verilmədi. Məsullar və Ərdəbil əyalətinin Baş Prokuroru Seyid Abdullah Təbatəbayi bunun üçün “yuxarı orqanların yazılı göstərişi lazımdır” deyə siyasi məhbusun tibbi məzuniyyətə çıxmasına mane oldular. Eyni halda başqa siyasi məhbus Yusif Kari eyni istəklə etdiyi müraciətə cavab istədiyi üçün o, Ərdəbil zindanında prokuror köməkçisi “Sepehri” tərəfindən kabinetinə çağrılaraq təhqir edildi və “siyasi məhbusların heç birinə tibbi məzuniyyət verilməyəcək” cavabını alaraq saxlanıldığı bölmədən zindanın karantin bəndinə köçürüldü. Buna etiraz edən Y.Kari yanvar ayının 14-dən aclıq aksiyasına, yanvarın 17-dən isə quru aclıq aksiyasına əl atdı. Abbas Lisani, Siyamək Mirzayi, Əli və Rza Vasiqi qardaşları, Tohid Əmir Əmini, Kiyanuş Aslani, Behnam Şeyxi və b. siyasi məhbusların ona dəstək üçün aclıq aksiyalarına başlamasından sonra Yusif Kari aksiyasının 8-ci günündə öz palatasına qaytarıldı. Geri dön |