Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Balakəndə 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Balakəndə 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılıb

Balakəndə 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılıb


Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Balakən rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Vaksinasiya prosesinin birinci mərhələsi çərçivəsində fevralın 8-dən etibarən rayonda 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanılıb. Rayon üzrə bu kateqoriyadan olan vətəndaşların sayı 6 min nəfərə yaxındır. İndiyədək 500-dən çox vətəndaş qeydiyyatdan keçib. Fevralın 9-u günorta saatlarınadək 63 vətəndaş peyvənd olunub və proses davam edir.

Balakən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən bildirilib ki, peyvəndləmə kampaniyasına başlanandan indiyədək rayona 1320 doza vaksin gətirilib. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan 726 tibb işçisinə peyvəndin birinci dozası vurulub. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Əhalinin peyvəndlənməsi xəstəxananın infeksion şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir.

Geri dön