Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cənubi Koreya "AstraZeneca" şirkətinin COVID-19 əleyhinə peyvəndini təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Cənubi Koreya "AstraZeneca" şirkətinin COVID-19 əleyhinə peyvəndini təsdiqləyib

Cənubi Koreya "AstraZeneca" şirkətinin COVID-19 əleyhinə peyvəndini təsdiqləyib


Cənubi Koreyanın Ərzaq və Dərman Təhlükəsizliyi Nazirliyi “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı COVID-19 əleyhinə peyvəndinin istifadəsini təsdiqləyib.

“AstraZeneca” peyvəndinin ölkədə vaksinasiya olunması nəzərdə tutulan bütün yaş qruplarına, o cümlədən yaşı 65-dən yuxarı olan şəxslərə vurulmasına icazə verilib. Bu, Cənubi Koreyada yeni növ koronavirusa qarşı təsdiqlənmiş ilk peyvənddir.

Bildirilir ki, Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar fevralın 26-dan başlayacaq vaksinasiya prosesində “AstraZeneca” peyvəndindən istifadə olunacaq. İlkin mərhələdə 750 min doza bu peyvənddən ölkəyə gətirilməsi nəzərdə tutulub.

Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi ilkin mərhələdə xüsusi risk qrupundan olan 776 min nəfərə peyvənd vurulacağını açıqlayıb.

Qeyd edək ki, Cənubi Koreya hökuməti sentyabradək ölkə əhalisinin 70 faizini COVID-19 virusuna qarşı peyvənd etməyi planlaşdırır.

Geri dön