Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan əlavə olaraq 150 min doza “Astrazeneca” peyvəndi alacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Gürcüstan əlavə olaraq 150 min doza “Astrazeneca” peyvəndi alacaq

Gürcüstan əlavə olaraq 150 min doza “Astrazeneca” peyvəndi alacaq


Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaxın vaxtlarda əlavə olaraq 150 min doza “Astrazeneca” peyvəndi alacaq.

Bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Nazir deyib ki, məlum “COVAX” platforması çərçivəsində Gürcüstan “Astrazeneka” peyvəndinin əlavə 300 min dozasını alacaq. Hazırda istehsalçı ilə birbaşa danışıqlar davam edir və mart ayının birinci yarısında 150 min doza vaksin alınacaq. Bununla əlaqədar artıq tam razılıq əldə olunub.

Y.Tikaradze bildirib ki, Gürcüstan peyvəndin ilk dozasını fevralın sonuna qədər alacaq və bunun üçün artıq razılaşma imzalanıb.

Geri dön