Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin yarımfinal mərhələsinin ikinci günündə Uesli So ilə cavab oyunu keçirəcək
Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin yarımfinal mərhələsinin ikinci günündə Uesli So ilə cavab oyunu keçirəcək |
Fevralın 12-də “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı üçüncü mərhələsinin yarımfinalında cavab oyunları keçiriləcək.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə ikinci matçda daha dörd partiyada qarşılaşacaq. Yarımfinal mərhələsi iki gün ərzində keçirilən iki matçdan ibarətdir. Hər matçda dörd partiya oynanılır. İki günün nəticəsi heç-heçə olarsa, qalib tay-breykdə müəyyənləşəcək. Qeyd edək ki, şahmatçımız birinci matçda amerikalı rəqibinə 1,5:2,5 hesabı ilə uduzub. Yarımfinalın digər iştirakçıları Maqnus Karlsen isə fransalı Maksim Vaşye-Laqrava 2,5:0,5 hesabla qalib gəlib. Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub. Geri dön |