Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün növbəti dəfə tədqiqat aparıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün növbəti dəfə tədqiqat aparıblar

Alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün növbəti dəfə tədqiqat aparıblar


Koronavirusa tutulmuş xəstələrin çoxunun orqanizmində SARS-CoV-2 virusunun çıxıntılı zülalına meylli neytrallaşdırıcı anticisimlər əmələ gəlir. Onlar gələcəkdə infeksiyalardan müdafiəni təmin edəcəklər.

“PLOS Pathogens” jurnalında dərc olunan araşdırmaların nəticələrinə istinadla xəbər verir ki, alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün anticisimlərlə uyğunlaşdırılmış tədqiqatlar aparıblar. Məlum olub ki, insanların böyük əksəriyyətində neytrallaşdırıcı anticisimlər orta və ağır xəstəliklər zamanı yaranır. Bu anticisimlər, virusla insan hüceyrələrini yoluxdurmaq üçün istifadə olunan SARS-CoV-2 adlanan çıxıntılı zülalın reseptoruna yönəldilir.

Təl-Əviv Universitetinin alimlərinin söylədiklərinə görə, bu cür neytrallaşdırıcı anticisimlər xəstələrin sağalma prosesində aşkarlanıb. Belə xəstələrin bəzilərində, bir qayda olaraq, davamlı və uzunmüddətli immunitet yaranır, digərlərində isə, neytrallaşdırıcı anticisimlərin zəifləməsi müşahidə olunur.

Alimlər öz işlərində müqayisə etmək üçün COVID-19-un ağır formasına yoluxmuş 8 nəfər xəstədə B hüceyrələrinin və bu xəstəliyin yüngül simptomları müşahidə olunan 10 nəfər xəstədə isə, yoluxmadan yarım ay sonra molekulyar və bioinformatik metodlardan istifadə ediblər. İmmun sisteminin B-hüceyrələrindən əmələ gələn antigen-spesifik immunoglobulini invaziv patogenlərə təsir edir. Tədqiqatın göstərildiyi kimi, koronovirusun ağır formasından sonra xəstələrdə xüsusi anticisimlərin daha yüksək konsentrasiyası və B-hüceyrələrinin yüksək göstəriciləri müşahidə olunub. “Thehindubusinessline.com.” saytının yazdığına görə, məhz bu səbəbdən də onlarda təkrar yoluxmaya qarşı etibarlı və uzunmüddətli müdafiəyə əmələ gəlir.

Geri dön