Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı mühüm əhəmiyyətə malikdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı mühüm əhəmiyyətə malikdir

Fərəc Quliyev: Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı mühüm əhəmiyyətə malikdir


“Məlum olduğu kimi, Böyük Britaniya dünyanın beynəlxalq münasibətlərdə söz sahibi olan aparıcı dövlətlərindən biridir. Eyni zamanda, Birləşmiş Krallıq siyasi və iqtisadi qüdrətinə görə Avropada böyük nüfuza malik dövlətdir. Bu baxımdan, Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı mühüm əhəmiyyətə malikdir”.

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, uzun tarixə malik olan Azərbaycan-Britaniya əlaqələri müstəqillik illərində daha yüksək səviyyəyə gəlib çatıb: “Bu günlərdə Bakıya səfər edən Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkələrimiz arasında mövcud olan güclü tərəfdaşlıq münasibətləri gələcək əməkdaşlığı daha da inkişaf etdirəcək. Qeyd edim ki, Azərbaycan Prezidenti bildirmişdi ki, bizə dost münasibət sərgiləyən ölkələr işğaldan azad edilmiş ərazilərdə aparılacaq yenidənqurma və bərpa işlərinə cəlb olunacaqlar. Britaniyanın dövlət nazirini qəbul edərkən də dövlət başçısı həmçinin qeyd edib ki, artıq Britaniya şirkətləri ilə bu istiqamətdə təmaslar başlayıb və onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub”.

“Məlum olduğu kimi, Azərbaycan və Böyük Britaniya enerji sektorunda da uzun illərdir əməkdaşlıq edir. Hesab edirəm ki, Böyük Britaniyanın ölkəmizə qarşı sərgilədiyi dost münasibət bundan sonra da Azərbaycanın həm enerji, həm də qeyri-enerji sektorunda, o cümlədən azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığın inkişafına töhfə verəcək. Britaniya ilə iqtisadi münasibətlərin indiki səviyyəsi gələcəkdə siyasi münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayacaq. Bir sözlə, Böyük Britaniyanın dövlət nazirinin ölkəmizə son səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcək”, - deyə F.Quliyev vurğulayıb.

Qaşqay





Geri dön