Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > İsveçin 20 regionunda koronavirusun Britaniya ştammı aşkar olunub
İsveçin 20 regionunda koronavirusun Britaniya ştammı aşkar olunub |
Koronavirusun Britaniya mutasiyası İsveçin 20 regionunda aşkar edilib.
Hazırda Britaniya ştammına yoluxma halları, Gotland bölgəsi xaricində ölkənin 20 bölgəsinin hamısında təsdiqlənib. İsveç İctimai Sağlamlıq Agentliyinin məlumatına görə, keçən həftə virusun bu mutasiyasına dair təsdiqlənmiş 423 yoluxma halı qeydə alınıb. Lakin agentliyin ekspertlərinin fikrincə təqdim olunan rəqəmlər mövcud vəziyyətin ciddiliyini əks etdirmir. Mutasiyaya uğramış koronavirus stammlarının yayılması fonunda İsveç səlahiyyətliləri virusla bağlı vəziyyəti izləmək üçün tədbirləri gücləndirməyə məcbur oldular. Bundan əvvəl Avropa İttifaqının infeksiya nəzarəti hesabatında Aİ-də virus mutasiyaların yayılma riskinin çox yüksək olduğu və bunun da xəstəxanaya yerləşdirmə və ölüm hallarının artmasına səbəb ola biləcəyi bildirilib. Geri dön |