Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Azərbaycan Xocalı, Xocəvənd, Xankəndində mülki idarəetməni tam öhdəsinə götürəcək” – Partiya sədri
“Azərbaycan Xocalı, Xocəvənd, Xankəndində mülki idarəetməni tam öhdəsinə götürəcək” – Partiya sədri |
44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan ərazi bütövlüyünü təmin etdi.
Artıq Azərbaycan post-müharibə dövründə quruculuq və böyük qayıdış proqramını həyata keçirməyə hazırlaşır. Bunun fonunda isə Ermənistanda çəmbər daralır və artıq rəsmi İrəvan mövcud durumu qəbul etmək məcburiyyətindədir. Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını deyərək, başqa çıxış yollarının qalmadığını bir daha etiraf etmiş oldu. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan daxili problemlərinə görə hələ də düşdükləri durumu tam etiraf edə bilmir: “Amma vəziyyət Ermənistan üçün odur ki, tap kapitulyasiya ilə razılaşmalı, Türkiyə və Azərbaycanın bütün tələblərini yerinə yetirərək mövcud olmalıdır. Ermənistanın bu kritik vəziyyətdən çıxmaq üçün başqa yolu yoxdur. Hesab edirəm ki, üzdə olmasa da, Paşinyan və onun komandası gizli olaraq elə bu cür də davranır. Fransız jurnalistlərin geri qaytarılması zamanı Paşinyan bildirdi ki, bu işlərə qarışmayın, icazəni Azərbaycan tərəfi verməlidir. Paşinyan dünənə qədər deyirdi ki, “Qarabağ Ermənistandır”. Artıq icazənin Azərbaycan tərəfindən verildiyini etiraf edir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı bütün daxili narazılıqlara baxmayaraq, Paşinyanın bu prosesin gedəcəyinə dəstək verdiyini bildirdi. Bütün basqılara rəğmən indiki Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğunu bəyan etdi. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi vəziyyəti qəbul edib. Ermənistanın artıq iddiaları bitib. Bu, Ermənistanın xoş məramından irəli gəlmir, Azərbaycan dərin dövlət düşüncəsi və gücü, geniş diplomatik səylər, Azərbaycanın birliyi, həmrəyliyi, ölkə başçısının istiqlaçı xətti davamlı şəkilə aparması, basqıların qarşısında dayanmaq, başqa dövlətlərin yaranmış vəziyyəti dəyişməsinə imkan verməmək, müttəfiqimiz Türkiyənin davranışları və müxtəlif cəbhələrdə qazandığı uğurlar, Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyindən rolunun artması və digər məqamlar onları buna məcbur edib. Ermənistan artıq bölgədə öz “qabında” fəaliyyətə çəkilmək məcburiyyətindədir. Onların başqa cür fəaliyyət göstərməsi, Azərbaycana qarşı təhdid və iddialarla çıxışı qeyri-mümkündür. Hesab edirəm ki, qısa zaman ərzində Azərbaycan işğaldan azad etdiyi ərazilərdə quruculuq işlərinə başlayandan sonra hələlik erməni əsilli azərbaycanlılar yaşayan Xocalı, Xocəvənd, Xankəndində də mülki idarəetməni tam şəkildə öhdəsinə götürəcək. Böyük ehtimalla Monitorinq Mərkəzinin və sülhməramlıların da 5 il müddətində bölgədə qalmasına zərurət olmayacaq. Proses buna doğru gedir. Görünən odur ki, Ermənistan tərəfi də axmaq iddialarından əl çəkərək öz sərhədləri daxilində mövcudluğunu və inkişafını düşünür. Əgər belə bir düşüncə varsa, o zaman kiməsə təhlükə olmaq ehtimalları da azalacaq. Proses bizim xeyrimizdə. Ölkəmizi hər hansı bir formada, platformada təhdid edən, bizi “çətiraltı” siyasətə vadar etməyə çalışan istənilən təhdidin qarşısında iqtidarlı-müxalifətli dayanmalıyıq. Hesab edirəm ki, Ermənistanın çənbərinin daralması prosesi davam edir. Qısa zaman ərzində çətinliklər başa çatacaq və Azərbaycan özünün şərtsiz şəkildə suverənliyini təmin edəcək”. Vilayət Muxtar Cebhe.info Geri dön |