Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qubanın dağlıq ərazilərində temperatur mənfi 14 dərəcəyədək enib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Qubanın dağlıq ərazilərində temperatur mənfi 14 dərəcəyədək enib

Qubanın dağlıq ərazilərində temperatur mənfi 14 dərəcəyədək enib


Fevralın 17-də axşam saatlarından yağmağa başlayan qarın hündürlüyü şimal bölgəsinin dağlıq ərazilərində 10 santimetrə çatıb, temperatur mənfi 14 dərəcəyədək aşağı enib.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Qubanın Xınalıq kəndində 2, Xaltanda 4, Xızının Altıağac qəsəbəsində 1, Qubanın mərkəzində 3, Qusarın şəhərində 2 santimetr qar yağıb.

Ən aşağı temperatur (-14 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.

Geri dön